Rusiyanın Ermənistana nəql etdiyi qazın dəyərini artırmasından sonra elektrik enerjisinin də qiymətində artım gözlənilir. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, elektrik enerjisinin qiymətinin orta hesabla 30 faiz bahalaşması gözlənilir. Ermənistanın energetika və təbii resurslar naziri Armen Movsisyan bildirib ki, elektrik enerjisinin maya dəyərində qazın tərkibi əhəmiyyətlidir və respublikada istehsal olunan elektrik enerjisinin 42 faizi İES-in payına düşdüyündən qiymətlərin artımı zəruridir. Hazırda tənzimləyici orqan daha dəqiq hesablamalar aparır. Qazın qiymətindəki dəyişiklikdən sonra son qiymət elan olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB