Kənd təsərrüfatı məhsullarında artım olub

Kənd təsərrüfatı məhsullarında artım olub

Aprel ayının əvvəlindən may ayının 1-nə kimi 262.5 min hektar sahədə yazlıq bitkilər əkilib. SİA-nın Kənd Təsərrüfatı nazirliyinə istinadən verdiyi xəbərə görə, 23.4 min hektar sahədə dənli və dənli paxlalı bitkilər, 18.8 min hektar sahədə qarğıdalı, 55.6 min hektar sahədə kartof, 52.6 min hektar sahədə tərəvəz əkilib. Bu ilin əvvəlində ət istehsalı 2.5 faiz artaraq 141.1 min tona, süd istehsalı 5.8 faiz artaraq 557.9 min tona, yumurta istehsalı 15.0 faiz artaraq 442.3 milyon ədədə çatıb.

Bundan başqa bitkiçilik məhsullarından 41.5 min ton və ya 14.0 faiz çox tərəvəz, 5.2 min ton, yaxud 18.9 faiz çox kartof istehsal edilib.

2012-ci ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 9.8 faiz, heyvandarlıq məhsulları istehsalı 4.6 faiz, kənd təsərrüfatının ümumi məhsulu 4.8 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə