“Nabucco”nun istifadəsinə dair yeni qərar qəbul edilib

“Nabucco”nun istifadəsinə dair yeni qərar qəbul edilib

Avstriya, Macarıstan, Rumıniya və Bolqarıstanın milli tənzimləyici orqanları layihə variantında hazırlanmış qərar vasitəsilə təsdiq ediblər ki, üçüncü tərəflərin boru kəməri ilə ötürülən həcmlərdən istifadə etməsinə dair Avropa İttifaqının qanunvericiliyi çərçivəsində "Nabucco" kəməri layihəsinin 50%-lik mövcud imtiyaz müddəti uzadılır. SİA-nın məlumatına görə, "Nabucco" layihəsi çərçivəsində inşası planlaşdırılan qaz boru kəmərinin keçdiyi ölkələrin milli tənzimləyici orqanları kəmərin üçüncü tərəflərin istifadəsindən azad olunması prosesinin uzadılmasını təsdiq ediblər.

Bundan başqa 4 ölkənin tənzimləyici orqanları bu qərar vasitəsilə təsdiq ediblər ki, onlar "Nabucco" layihəsi üzrə hökumətlərarası saziş, layihəyə dəstək sazişləri və imtiyazlardan ibarət normativ-hüquqi bazanı dəstəkləyir. Layihədə birbaşa iştirak etməyən şirkətlərin şəbəkədən 100% istifadə hüquqlarını nəzərdə tutan cari Avropa İttifaqı qanunvericiliyindən azad olunma imtiyazı yalnız iri ölkələrarası layihələr çərçivəsində tətbiq oluna bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə