İran neft hasilatını azaldıb

Qərb ölkələrinin İran neftinə tətbiq etdiyi sanksiyalar hasilata da təsir edib. SİA-nın İran mətbuatına istinadən yaydığı məlumata görə, aprel ayında İranın neft hasilatı 2 mln. 650 min barel olub.

Qeyd edək ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) yaydığı son hesabatda bildirilir. Hesabatda qeyd edilir ki, İran bu göstəriciyə əsasən ikinci mövqeyini itirərək 5-ci sıraya enib və bununla da Səudiyyə Ərəbistanı, İraq, Küveyt və Birləşmiş Ərəb Əmirliklərindən geridə qalıb. Eyni zamanda hesabatda aprel ayında İran neftinin qiymətinin 5,76 dollar düşərək 99,71 dollardan satıldığı vurğulanıb. İranın neft naziri Rüstəm Qasımi OPEK-in hesabatını təkzib edib.

Bütün xəbərlər Facebook səhifəmizdə