Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən "Dövlət informasiya sistemləri və ehtiyatları haqqında" qanun layihəsi hazırlanır. SİA-nın xəbərinə görə, bu barədə "ICTnews" elektron xəbər xidmətinə RİTN-in İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev məlumat verib.
O bildirib ki, sözügedən qanun layihəsi RİTN və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə hazırlanır: "Hazırda qanun layihəsinin hazırlanması istiqamətində bir sıra işlər aparılır. Qeyd edim ki, bu qanun layihəsinin hazırlanması Azərbaycanda 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə təsdiq edilən tədbirlər planına daxildir".
Şöbə müdirinin sözlərinə görə, yeni qanun layihəsində informasiya sistemlərinin yaradılması və istismar qaydaları göstəriləcək: "Burada informasiya sisteminin yaradılması ilə bağlı tələblər, onun texniki aspektləri və digər məsələlər əks olunacaq. Yəni bu qanun layihəsilə informasiya sistemləri ilə bağlı bütün tərəflər nəzərə alınıb tənzimlənəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB