İpoteka krediti alanların sayı artıb

İpoteka krediti alanların sayı artıb

2013-cü ilin 4 ayı ərzində İpoteka Fondu tərəfindən 32,06 milyon manat məbləğində kredit verilib. SİA-nın İpoteka Fondunun rəsmi saytına istinadən verdiyi məlumata görə, mart ayında ipoteka kreditinin həcmi 2013-cü ilin fevral ayında verilmiş kreditdən 2,05 dəfə çox olub. İpoteka fondu fəaliyyətə başaldığı gündən, yəni 2006-cı ildən 2012-ci ilə qədər 435 milyon manat dəyərində krediti verib. 2013-cü ilin yanvar-aprel ayları ərzində bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşdirilməsinin ümumi həcmi 20,4 milyon manat təşkil edib. Fond aprel ayında istiqrazlar yerləşdirməyib, buna görə də qiymətli kağızlar portfeli fevral ayınının göstəricisi səviyyəsində - 11 milyon manat qalıb. İstiqrazların yerləşdirilməsindən əldə edilən vəsaitlər adi ipotekanın maliyyələşdirilməsinə ayrılır. Aprel ayında, həmçinin sosial ipotekanın maliyyələşdirilməsi üçün vəsait ayrılmayıb, 2013-cü il dövlət büdcəsində sosial ipoteka üçün 40 milyon manat nəzərdə tutulub, bu vəsaitdən Fonda hələlik 20 milyon manat köçürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə