RİTN Ulu Öndər Heydər Əliyevin 90 illiyini qeyd etdi FOTOLAR

RİTN Ulu Öndər Heydər Əliyevin 90 illiyini qeyd etdi FOTOLAR

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan tədbir keçirib. SİA-nın məlumatına görə, təbirdə ilk olaraq Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən video-çarx nümayiş olunub.

Daha sonra çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi rabitənin inkişafında da Ulu Öndər Heydər Əliyev mərhələsi mövcuddur: "Sovet hakimiyyəti illərində Azərbaycan rabitəsində müəyyən işlər görülsə də, 60-cı illərdə respublikamız bu sahədə inkişafı digər respublikalardan geri qalırdı. Yalnız 1969-cu ildə Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra digər sahələrlə bərabər rabitə də güclü inkişaf yoluna qədəm qoyub. Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü 70-80-ci illərə düşür. Həmin illərdə respublikaya rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin bu sahənin inkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqət o dövrün rəsmi sənədlərində geniş şəkildə öz əksini tapır".

Nazir həmçinin bildirib ki, 1976-cı ildə təkcə Bakı telefon şəbəkəsinin gücü 1927-ci illə müqayisədə 20 dəfədən çox artmış, telefon Azərbaycan əhalisinin məişətinin ayrılmaz hissəsinə çevrilmişdi.

Qeyd edək ki, bugünkü tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti tərəfindən görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva və Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan suvenir poçt bloku dövriyyəyə buraxılıb. Akademik Zərifə Əliyeva həsr olunan marka üzərində məşhur alimin fotoşəkili, blokda isə Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi əks olunub.Poçt blokunun tirajı 7 min ədəd, nominal dəyəri 1 manat təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə