Türkiyə İranın ən böyük neft idxalçısıdır

Türkiyə İranın ən böyük neft idxalçısıdır

Ölkələri İran iqtisadiyyatına embarqo qoyduğu bir ərəfədə Türkiyə bu ölkə ilə ticarət əlaqələrini genişləndirir. SİA-nın Mehr agentliyinə istinadən yaydığı xəbərə görə, Türkiyə son 8 ayla müqayisədə bu ilin aprel ayında İrandan idxal etdiyi xam neftin həcmini artırıb. Rəsmi statistikaya görə, Türkiyə aprel ayında İrandan 140 min barel xam neft idxal edib.

Qeyd edək ki, Türkiyənin İrandan 2012-ci ilin sentyabr ayından bu ilin fevral ayına qədər gündəlik 100 min barel xam neft idxal edirdi, mart ayında isə bu rəqəm 114 minə barelə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə