Elektron imza sahiblərinin sayı 13-mini keçib. SİA-nın Rabitə və İnformasiya Texnologiyaları nazirliyindən aldığı məlumata görə, bu ilin 3 ayı ərzində "elektron imza" vəsiqələri almış şəxslərin sayı 12 minə çatıb. Ümumi statistikaya diqqət yetirdikdə görürük ki, 25 mindən çox elektron imza sahibi var. Bundan başqa bu ilin yanvar-aprel aylarında "Elektron hökumət" portalının xidmətlərindən yararlanmış qeydiyyatdan keçən istifadəçilərin sayı 9 232 olub, qeydiyyatsız xidmət istifadəçilərinin sayı isə identifikasiya olunmadığından nəzərə alınmayıb. İstifadəçilərin yaş həddi 19-79 arasında dəyişir və bu da indidən portalın bütün yaş qruplarını əhatə etdiyini deməyə əsas verir. Hesabat dövründə portalın qeydiyyatdan keçmiş istifadəçilərinin ümumilikdə istifadə etdikləri xidmətlərin sayı 72 minə yaxın olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB