“PraysvoterhausKupers” SKMF-nin maliyyə hesabatlarının auditini keçirib
"PraysvoterhausKupers" beynəlxalq audit şirkəti tərəfindən Beynəlxalq Audit Standartları əsasında İqtisadi İnkişaf Nazirliyinin (İİN) Sahibkarlığa Kömək Milli Fondunun 2012-ci il üzrə maliyyə hesabatlarının auditi keçirilib. İİN-dən SİA-ya verilən məlumata görə, audit zamanı Fondda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, Fondun maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilib. "PraysvoterhausKupers" beynəlxalq audit şirkəti tərəfindən verilən rəyə əsasən, Sahibkarlığa Kömək Milli Fondunun 2012-ci il üzrə maliyyə fəaliyyəti müsbət qiymətləndirilib, maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq aparıldığı müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB