Avrozonada işsizlik səviyyəsi pik həddə çatıb

Avrozonada işsizlik səviyyəsi pik həddə çatıb

Avrozonada aprel ayında işsizlik səviyyəsi rekord həddə çatıb. SİA-nın məlumatına görə, avronun istifadə edildiyi 17 Avropa ölkəsində inflyasiya son 4 ildə ən aşağı səviyyəyə enib. Əgər mart ayında1,2 faiz təşkil edirdisə, aprel ayında bu rəqəm 1,7 faiz olub və 2010-cu ilin fevral ayındakı göstəricidən də aşağı səviyyəyə düşüb.

İşsizlik səviyyəsi mart ayında sözügedən regionda 12 faizə qalxıb, bu isə 19,2 milyon insan deməkdir və ötən ilin analoji vaxtı ilə müqayisədə 1,7 milyon nəfər çoxdur. Ən böyük işsizlik gənclər arasında təşkil edir. Belə ki, 25 yaşı olmuş gənclərin 24 faizi, bu isə 3,6 milyon insan deməkdir, hazırda işsizdir. Qeyd edək ki, gənclər arasında işsizlik ən çox Yunanıstan və İspaniyada müşahidə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə