"Banklar əhalini talamaqla məşğuldur"

"Banklar əhalini talamaqla məşğuldur"

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Vahid Əhmədov Azərbaycanın bank sektoruna olan narazılığını bildirib. SİA-nın məlumatına görə, o bildirib ki, son zamanlar özəl banklar vətəndaşları yüksək faizlər müqabilində girova çevirərək əmlakını əlindən alır.

Millət vəkilinin sözlərinə görə, bir sıra banklar ümumiyyətlə mərkəzləşdirilmiş bank sistemindən kənara çıxaraq əhalini talamaqla məşğuldurlar: "Bu banklar əhaliyə yüksək faizlərlə kredit verir, sonra bu kreditin ödənməsi ilə bağlı problemlər çıxanda vətəndaşın bütün əmlakını almağa cəhd edirlər. Bir neçə il bundan əvvəl bank kredit sistemi Mərkəzi Bankın nəzarəti ilə həyata keçirilirdi".

V.Əhmədov Mərkəzi Bankı özəl bankların kredit siyasətinə müdaxilə etməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə