"I rübüb nəticəsinə görə, əmanət faizlərində dəyişiklik gözlənilmir. SİA-nın verdiyi xəbərə görə bunu jurnalistlərin əmanət faizlərində dəyişikliklərin olacağı ilə bağlı sualına cavab olaraq Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.
A.Cavadovun sözlərinə görə, fonda indiyə qədər 12 faizin üzərində 7 milyonluq əmanət qəbul olunub: "Nəzərə alınsa ki, fondda 12 faizdən yuxarı 931 milyon əmanət vardı. Bu məbləğdən də 7 milyon manat azalma müşahidə olunub. Bu azalma onu göstərir ki, yüksək bir dinamika yoxdur. İl ərzində 5 faizlik belə həssaslıq var. Ona görə də faizin dəyişdirilməsi ilə bağlı plan gözlənilmir".
Fondun icraçı direktorunun sözlərinə görə, Azərbaycanda qorunmayan əmanətlər 1 milyon 800 minə yaxındır: "Onların faiz dərəcəsinə görə 930 milyonu qorunmayanlardır. Bunun da bir hissəsi qorunmayan əmanətçilərdir. Qalan hissəsi isə kreditləri olan insanların qorunmayan əmanətləridir.
Bundan başqa A.Cavadov bildirib ki, ümumi əmanət portfelinin 64 faizi qorunan əmanətlərdir: "Ümumi əmanət portfelinin məbləği 5.3 milyarddır. Onlardan 3.4 milyarda yaxını qorunan əmanətlərdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB