Neft bahalaşıb

Aprelin 25-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 2,21 dollar və ya 2,4% artaraq 1 barelə görə 93,64 dollar olub. SİA xəbər verir ki, aprelin 25-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,68 dollar və ya 1,7% artaraq 103,41 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə