Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi istehlakçılara saxta mobil telefonları almamağı tövsiyə edir. Respublika ərazisinə qeyri-qanuni yollarla idxalına cəhd edilən saxta mobil telefonların mütəmadi olaraq hüquq-mühafizə orqanları tərəfindən aşkarlanması nəzərə alınaraq, istehlakçılara bu tövsiyəyə ciddi yanaşmaları məsləhət görülür.
Mayın 1-dən mobil cihazların qeydiyyat sistemi (MCQS) fəaliyyətə başlayacaq və həmin tarixdən etibarən bütün saxta IMEI nömrəli yeni mobil telefonların respublikanın mobil rabitə şəbəkələrində istifadəsi məhdudlaşdırılacaq.
Mobil cihazların qeydiyyat sistemi işə düşdükdən sonra hər hansı istehlakçı saxta IMEI nömrəli yeni mobil telefon alaraq onu mobil operatorların şəbəkələrinə qoşmaqla xidmətdən yararlanmağa çalışarsa, həmin cihazın istifadəsi qeyri-mümkün olacaq.
Qeyd edək ki, istehlakçılar yeni fəaliyyətə başlayan www.imei.az saytı vasitəsi ilə IMEI nömrələrini yoxlaya bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB