Petkim Akademiyasında 67 proqram üzrə təhsil veriləcək

Petkim Akademiyasında 67 proqram üzrə təhsil veriləcək

"Petkim" Neft-Kimya Holdinqi 48 illik təcrübəsini sənaye müəssisələri, sektor nümayəndələri və müştəriləri ilə bölüşmək üçün Petkim Akademiyası layihəsini həyata keçirib. ARDNŞ-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, strukturuna Texniki Təhsil, Fərdi İnkişaf və Təhsil Texnologiyaları məktəblərinin daxil olduğu akademiyada 67 proqram üzrə təhsil veriləcək, sənaye müəssisələrinin ehtiyac duyduğu texnik, mühəndis, idarəçi kadrları hazırlanacaq. Petkim Akademiyasının şirkətlərin karyera idarəçiliyi sisteminə güclü dəstək verəcəyi gözlənilir. "Petkim"in universitet və peşə məktəbi tələbələri üçün yaratdığı təcrübə imkanları da Petkim Akademiyası tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, akademiyanın məzunları çalışdıqları sektorda daha asan iş tapmaq imkanına malik olacaqlar. Maraqlanan şəxslər Petkim Akademiyasına daxil olan məktəb və təhsil proqramları haqqında www.petkim.com.tr saytında ətraflı məlumat əldə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə