ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi layihə-smeta sənədlərinin ekspertizası, razılaşdırılması və texniki şərtlərin hazırlanması məsələləri üzrə fəaliyyətini genişləndirməkdədir. SİA-nın verdiyi xəbərə görə, 2013-cü ilin 1-ci rübündə fiziki və hüquqi şəxslərin müraciətləri əsasında qeyri-yaşayış sahələrinin (obyektlərin) qazlaşdırılması üçün 1161 texniki şərt verilib. Birliyin sifarişi əsasında tikintisi nəzərdə tutulan qaz təchizatı obyektlərinin və qurğularının, eləcə də yaşayış məntəqələrinin, daşıyıcı qaz kəmərlərinin və digər təyinatlı bina, tikili və qurğuların layihələndirilməsi üçün 238 texniki şərt, texniki tapşırıq və layihə tapşırıqları hazırlanıb.
Fiziki və hüquqi şəxslərin müraciətləri əsasında 855 ədəd qeyri-yaşayış sahələrinin (obyektlərin) layihə-smeta sənədləri razılaşdırılıb. Bundan başqa, Birliyin sifarişi ilə 409 layihə-smeta sənədi razılşadırılıb.
Layihə-smeta sənədlərinin hazırlanması sahəsi üzrə də mühüm işlər görülmüşdür. Cari ilin yanvar-mart aylarında "Azəriqaz" İB-nin Layihə-Konstruktor Bürosu tərəfindən 1387 layihə-smeta sənədi hazırlanaraq, Birliyə və digər sifarişçilərə təhvil verilmişdir ki, bunun da 65-i fərdi yaşayış evləri üzrədir. Burada nisbət aşağıdakı kimidir: respublikanın rayonları üzrə 18, Bakı şəhəri üzrə 41, Abşeron rayonu üzrə 3, Sumqayıt şəhəri üzrə 3 layihə-smeta sənədi.
Kənd və qəsəbələrin qazlaşdırılması üzrə 209, obyektlərin təmiri üzrə 232, sənaye və kommunal, məişət obyektləri və qeyri-yaşayış sahələri üzrə isə 868 layihə-smeta sənədi hazırlanmışdır. İnzibati binalar, anbar binaları və s. tikinti işləri üzrə 13 layihə-smeta sənədi hazırlanaraq təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB