Aprelin 11-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 1,13 dollar və ya 1,2% azalaraq 1 barelə görə 93,51 dollar olub. SİA xəbər verir ki, aprelin 11-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,52 dollar və ya 1,5% azalaraq 104,27 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB