"Azərbyacan şirkətləri “TANAP” layihəsinin tikintisinə cəlb olunacaq”
"TANAP layihəsinin icrası Ankarada yaradılan Azərbaycan şirkəti "TANAPCO" tərəfindən uğurlu şəkildə davam etdirilir". SİA-nın verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezident Rövnəq Abdullayev deyib.
O, bildirib kİ, hal-hazırda layihənin reallaşması üçün torpaqların alınması və ətraf mühitin qorunmasına dair sənədlərin alınması işləri gedir.
Bundan başqa R.Abdullayev TANAP layihəsinin reallaşmasında Azərbaycan tikinti şirkətlərinin iştirakının mümkünlüyünə dair məsələyə də aydınlıq gətirib: "Həm "Star" həm də "TANAP" layihəsinin icrası ilə bağlı bütün tikinti işləri tender vasitəsi ilə bölünəcək. Hər bir Azərbaycan şirkətinin də bu tenderlərdə iştirak etmək hüququ var. ARDNŞ Azərbaycan şirkətlərinin TANAP layihəsinin tikintisinə cəlb olunması üçün işlər aparır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB