"TANAP layihəsi üzrə fiziki işlər gələn il reallaşacaq"

"TANAP layihəsi üzrə fiziki işlər gələn il reallaşacaq"

Gələn il həyata keçiriləcək TANAP layihəsinə 10-12 milyard dollar həcmində vəsait yatırılacağı gözlənilir. SİA-nın xəbərinə görə, Azərbaycan Dövlət Neft Şirkətinin (ARNDŞ) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Türkiyənin energetika naziri Taner Yıldızla görüşdə belə deyib. O bildirib ki, hazırda layihənin hüquqi və maliyyə kimi məsələlərinin həlli istiqamətində işlər aparılır və gələn ilin ikinci yarısında TANAP layihəsi üzrə fiziki işlərin başlanması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə