Azərbaycan-Litva iqtisadi əlaqələri müzakirə olunacaq

Azərbaycan-Litva iqtisadi əlaqələri müzakirə olunacaq

Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Litva biznes forumu keçiriləcək. Bu barədə SİA-ya İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, təhsil, tikinti, maliyyə, İKT, bərpa olunan enerji, ətraf mühitin mühafizəsi, suyun təmizlənməsi, avtomobil daşımaları, logistika, avtomobil hissələrinin satışı və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edəcək.

Azərbaycan və Litva arasındakı mövcud iqtisadi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə olunacağı biznes forumda hər iki ölkənin biznes və investisiya imkanlarına dair təqdimatlar, iş adamları arasında ikitərəfli görüşlər keçiriləcəkdir

Bütün xəbərlər Facebook səhifəmizdə