Azərbaycan prezidenti Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun sədri seçilib

Azərbaycan prezidenti Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun sədri seçilib

Bu gün Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun iş adamlarının iştirakı ilə görüşü keçirilib. Tədbirdə fəxri qonaq qismində Azərbaycanın Sənaye və Energetika Naziri Natiq Əliyev də iştirak edib. İlk olaraq XAİİK haqqında ətraflı məlumat verilib. Bildirilib ki, XAİİK-də prezident və vitse-prezident postları ləğv olunaraq sədr və sədr müavini formatı ilə əvəz olunmuşdur. Qurumun icraçı direktoru Telman Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev XAİİK-nun sədri seçilmişdir: "Biz klubun üzvləri adından Prezident İlham Əliyevə təşəkkür edirik ki, bizim təklifimizi qəbul edib. Artıq bu gündən o, klubumuzun sədridir".

Tədbirdə çıxış edən Sənayə və Energetika Naziri Natiq Əliyev Azəbaycanın neft sektorunun inkişaf tarixindən, 90-cı illərin əvvəllərində ölkəmizin düşdüyü ağır durumdan və bu günkü dinamik inkişafdan danışaraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin vaxtilə əsasını qoyduğu neft strategiyası bu gün dövlət başçısının apardığı siyasət nəticəsində daha böyük zirvələrə çatmışdır. Nazir neft hasilatından danışaraq bildirib ki, çıxarılan 43 milyon ton neftin cəmi 8 milyon tonu Dövlət Neft Şirkətinin, 35 milyon ton neft isə özəl şirkətlərin payına düşür. Nazir özəl sektora və xarici şirkətlərə səmərəli fəaliyyət göstərmək üçün göstərilən diqqət və qayğıdan da danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə