“Azəri” və “Günəşli” yataqlarında 12 milyard tondan artıq neft hasil olunub
"Azərbaycanda seçki ili olduğuna görə, iqtisadiyyatımızın inkişafı ölkəmiz üçün iki qat əhəmiyyət daşıyır". SİA-nın verdiyi xəbərə görə, bunu sənaye və Energetika naziri Natiq Əliyev "The Bussines Year "jurnalının təqdimat mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, "The Bussines Year "jurnalı New Yorkda və Avropanın müxtəlif ölkələrində Azərbaycanla bağlı xeyli məlumatlar dərc edir: " Bu gün deyə bilərik ki, Azərbaycan özünü tam enerji təhlükəsizliyi ilə təmin edir. Ən maraqlısı isə odur ki, bütün dünya Azərbaycana maraq göstərir və ölkəmizlə iş qurmağa çalışırlar. Azərbaycan təbii yataqlara və enerji resurslarına malikdir. "Ümüd", "Abşeron" yataqlarının açılması və xam neft ehtiyyatlarının artması buna nümunə olaraq göstərilə bilər. "Azəri", "Günəşli" yataqlarında 12 milyard tondan artıq neft hasil olunub. "Bakı-Tbilisi-Ceyhan, Bakı-Tibilisi-Ərzurum layihələri ölkənin uğurlarını bir daha dünya ictimaiyyətinə nümayiş etdirir. Ölkə başçısı İlham Əliyev bu sahədə səylərini daha da artırır. Biz artıq yeni dəhlizlər yaradırıq. Ölkəmiz sovet rejimindən xilas olduqdan sonra dünya standartlarına cavab verən texnalogiyalardan istifadə edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB