Şahin Mustafayev: “2012-ci ildə daxili investisiyalar 20 dəfə artıb"

Şahin Mustafayev: “2012-ci ildə daxili investisiyalar 20 dəfə artıb"

"Azərbaycana yatırılan xarici investisiyaların həcminin 50% qeyri-neft sektorunun payına düşür". SİA-nın verdiyi xəbərə görə, bunu Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev"The Bussinnes Year" jurnalının Azərbaycana həsr etdiyi "Azərbaycan-2013" jurnalının təqdimatı zamanı çıxışında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda sahibkarlıq bütün parametrlər üzrə inkişaf edir: "Azərbaycan iqtisadiyyatında 2020-ci ilə qədər ciddi struktur dəyişiklikləri baş verəcək. Belə ki, 2020-ci ilə qədər qeyri-neft sektoru hesabına iqtisadiyyatımızda 2 dəfə artacaq. ÜDM-in yalnız təxminən 20%-i neft sektorunun payına düşəcək ki, bu da iqtisadiyyatın neftdən asılılığının tamamilə aradan qaldırılması deməkdir. 2012-ci ildə qeydə alınan 2,2%-lik iqtisadi artım tamamilə qeyri-neft sektoru hesabına formalaşıb. Bu ilin ilk iki ayı ərzində isə qeyri-neft ÜDM-in 10,5%-lik artımı hesabına ümumi iqtisadi artım 3,2%-ə çatıb. Hazırda ÜDM-in 48%-i neft, 52%-i isə qeyri-neft sektoru hesabına formalaşır".

Nazir bildirib ki, daxili investisiyalar xarici investisiyaları üstələyir: "2001 –ci illə müqayisədə 2012-ci ildə daxili investisiyalar 20 dəfə artıb. Bu da ölkə iqtisadiyyatında investisiya mühitinin inkişafını sürətləndirir".

Bütün xəbərlər Facebook səhifəmizdə