Aprelin 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 2,74 dollar və ya 2,8% azalaraq 1 barelə görə 94,45 dollar olub. SİA-nın xəbərinə görə, aprelin 3-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 3,58 dollar və ya 3,2% azalaraq 107,11 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB