Mədəniyyət və Turizm Nazirliyi yay turizm mövsümünə hazırlıq məqsədilə ölkənin bütün regionlarındakı turizm obyektlərində monitorinq aparacaq. SİA-nın məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev Trend Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində 12-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə həsr edilmiş mətbuat konfransında deyib. Onun sözlərinə görə, monitorinq zamanı turizm obyektlərinin mövsümə hazırlıq səviyyəsi araşdırılacaq.
İsmiyev qeyd edib ki, regionlarda turizm xidmətlərinin səviyyəsi elə də yüksək deyil: "Buna görə də mayda Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə bölgələrdə bu sahə üzrə çalışan şəxslər üçün treninq-kurslar təşkil olunacaq".
Turizm xidmətlərinin qiymətinin yüksək olması məsələsinə də toxunan İsmiyev əlavə edib ki, Azərbaycanla Türkiyənin turizm xidmətlərinin qiymətlərinin müqayisə edilməsi düzgün deyil: "Çünki Azərbaycanda 514 mehmanxana və mehmanxana tipli obyekt olduğu halda, Türkiyədə bunların sayı dəfələrlə çoxdur. Bununla yanaşı, Türkiyədə turizm sahəsi 1963-cü ildən yaranıb. Azərbaycanda isə bu, son 6-7 ildir inkişaf edir".
Nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycanda hotellərin sayı artdıqca turizm xidmətlərinin də qiymətləri enəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB