Vüqar Bayramov: “Azərbaycan investisiyaların cəlb olunmasında maraqlıdır”

Vüqar Bayramov: “Azərbaycan investisiyaların cəlb olunmasında maraqlıdır”

"Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq forumu həm Davos İqtisadi Forumunun, həm də dünyanın aparıcı institutları, o cümlədən regionda maraqlı olan dövlətlərin Azərbaycana marağının yüksək olmasından xəbər verir. Əgər nəzərə alsaq ki, bu forum ilk dəfədir ölkəmizdə təşkil olunur və bu zaman demək olar ki, prezident İlham Əliyevin təşəbbüsü ilə yeni bir layihənin əsası qoyulub. Davos İqtisadi Forumunun məhz paytaxt Bakıda keçirilməsi isə dövlət başçısının səyi nəticəsində reallaşıb". Bunu SİA-ya iqtisadçı-ekspert Vüqar Bayramov Davos İqtisadi Forumunun ölkəmiz üçün oynayacağı iqtisadi rolundan söhbət açarkən belə deyib.

İqtisadçının sözlərinə görə, bu tədbirin ölkəmizdə keçirilməsi dünya dövlətlərinin Azərbaycana olan marağından xəbər verir. Davos İqtisadi Forumunun yaydığı məlumatda da birmənalı şəkildə bildirilir ki, Cənubi Qafqaz və Mərkəzi Asiyada 2013-cü və növbəti illərdə iqtisadi artım tempinin artacağı proqnozlaşdırılır. Bu tədbir Azərbaycanın imkanlarının, potensialının eləcə də ölkəmizin strateji inkişafının qiymətləndirilməsi baxımından çox əhəmiyyətli bir tədbirdir. Həmin tədbirdə dünyanın aparıcı şirkətləri (EKSON, BP və s.) həmçinin qeyri-neft sektorunda çalışan şirkətlər iştirak edəcəklər. Tədbirin əhəmiyyətinin yüksək olduğunu göstərən faktlardan biri də məhz Dünya İqtisadi Forumunun prezidentinin özünün burada iştirak etməsidir. Təbii ki, sözü gedən bu tədbir Azərbaycana imkan verəcək ki, ölkəmiz öz potensialını birdaha forum iştirakçılarına təqdim etsin. Bu forum sadəcə ölkəni tanımaq, onun imkanlarını qiymətləndirmək deyil eyni zamanda ölkənin mövcud potensialı əsasında yeni əməkdaşlığın xüsusilə qeyri-neft sektorunun inkişafının müəyyənləşdirilməsi kimi dəyərləndirilməlidir. Tədbirdə tək region ölkələri deyil, eyni zamanda dünyanın inkişaf etmiş ölkələri (Avropa, ABŞ və s.) o cümlədən digər qitələrdən kifayət qədər tanınmış şirkətlər və aparıcı beyin mərkəzləri iştirak edəcək".

V.Bayramov deyib ki, ümumiyyətlə, iqtisadi forumlar, o cümlədən sözü gedən Davos İqtisadi Forumu investisiya layihələrinin razılaşdırılması və qoyulması baxımından çox əhəmiyytəlidir: "Nəzərə alaq ki, paytaxt Bakıya forumda iştirak etmək üçün gələn xarici şirkətlərin sayı xeyli sayda olacaq və bu zaman sahibkarların da ölkəmizə marağı ikiqat artacaq. Azərbaycan qeyri-neft sektorunun, investisiyaların ölkəmizə cəlb edilməsində çox maraqlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə