"Respublikanın 45 rayon İcra Hakimiyyətləri ilə razılaşdırılıb ki, yarmarkaya çıxarılan məhsulların çeşidləri, onların miqdarı çox olsun". SİA-xəbər verir ki, Səs TV-yə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev belə deyib. O bildirb ki, Novruz Bayramı ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi Bakı şəhərinin 7 rayonunun 9 ünvanında kənd təsərrüfatı məhsullarının satış yarmarkasını keçirəcək: "Yarmarkalar ötən il təşkil olunduğu ünvanlarda, mart ayının 16-dan 20-dək, 4 gün müddətində fəaliyyət göstərəcək. Nazirlik olaraq çalışmışıq ki, satış yarmarkalarında bayram süfrəsi üçün lazım olan məhsullara daha çox üstünlük verilsin. Xüsusilə qərzəkli və sulu meyvələr yarmarkalarda üstünlük təşkil edəcək ki, Bakı şəhərinin əhalisi, xüsusilə az təminatlı ailələr və təqaüdçülər bundan bəhrələnə bilsinlər. Daha öncə təşkil olunan yarmarkalardan fərqli olaraq bu dəfəki yarmarkalara emal sənayesinin, qənnadı sənayesinin məhsulları, un məmulatları çıxarılacaq. Qiymətlər bazar qiymətlərindən orta hesabla 20-30% aşağı olacaq. Məqsədimiz hər bir insanın bayram süfrəsi üçün lazımi nemətləri əldə etməsidir".
Nazirliyin rəsmisi qeyd edib ki, artıq bir neçə gündür ki, paytaxt bazarlarında monitorinqlər keçirilir: "Nazirliyin mütəxəssisləri qiymətlər barədə məlumat toplayırlar. Məlumdur ki, kənd təsərrüfatı məhsullarının qiymətləri liberallaşıb. Ona görə də, məhsulların qiymətləri istehsalçılarla qarşılıqlı razılaşma əsasında təyin olunacaq. Yarmarkada qoz ləpəsi 7 manat, badam ləpəsi 7-8 manat, fındıq ləpəsi 5-6 manat, qabıqlı şəkildə fındığın qiyməti 2 manat, qozun qiyməti isə 2,5 manat olacaq".
Murtuzəli Hacıyev bildirib ki, təşkil olunacaq yarmarkalarda keyfiyyətə tam nəzarət olunacaq: "Kənd Təsərrüfatı Nazirliyi gücləndirilmiş iş rejimində vətəndaşlara xidmət edəcək. Ət və süd məhsulları baytarlıq nəzarətindən keçdikdən sonra, bitkiçilik məhsulları isə fita-sanitar nəzarətdən keçdikdən sonra yarmarkalara çıxarılacaq. Nazirliyin nümayəndələrindən ibarət işçi qurupları təşkil olunan yarmarkalara nəzarət edəcəklər. Qiymətlərə xüsusi nəzarət olunacaq. Bununla da süni qiymət artımına imkan verilməyəcək. Nazir İsmət Abasov da bütün yarmaklarda olacaq, məhsulların satışının təşkilinə nəzarət edəcək".
Nazirliyin nümayəndəsi neqativ halların qarşısının alınması barədə də məlumat verib: "Bildirmək istəyirəm ki, vətəndaşlar yarmarkalarda hər hansısa bir süni qiymət artımına və ya neqativ hallara rast gəlsə, nazirliyin yarmarkada olan işçi quruplarına müraciət etsinlər. Eyni zamanda insanlar nazlirliyin qaynar xəttinə (012-493-51-64) zəng edib qarşılaşdıqları neqativ hallarla bağlı da məlumat verə bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB