İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən monitorinqlər keçirilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, keçirilən monitorinqlər zamanı
Bakının Xətai rayonunda
- İ.İsmayılov küçəsində yerləşən Əlvan Abbasova və Sahib Verdiyevə məxsus mağazalarda;
Qaradağ rayonunda
- Sahil qəsəbəsi, Z.Qasımov prospekti, ev 17 ünvanında "Filmanlı" firmasına məxsus mağazada;
Abşeron rayonunda
- Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən İlman İmanova məxsus mağazada;
- Görədil kəndində yerləşən Əlihüseyn Əliyevə məxsus mağazada;
- Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən Arif Yusibova məxsus "Göyçə" mağazasında saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyən edilmişdir.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində
- S.Mehmandarov küçəsi, ev 19 ünvanında Gülnaz Əliyevaya məxsus "Sizin" mağazasında;
- L.Məmmədbəyova və Y.Əliyev küçələrinin kəsişməsi, ev 26A ünvanında yerləşən Ədalət Abutalıbova məxsus mağazada;
- Ə.Ağayev küçəsi, ev 22 ünvanında Arzu Qədirovaya məxsus "Əli" mağazasında;
- M.F.Axundov küçəsi, ev 70 ünvanında yerləşən Ramal Hüseynova məxsus mağazada;
Qaradağ rayonunda
- Sahil qəsəbəsi, Z.Qasımov prospekti və Şərq küçəsinin kəsişməsində yerləşən Elşən Kərimova məxsus "Sahil" mağazasında;
- Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 29 ünvanında Xasay Hüseynova məxsus "Life" mağazasında;
- Salyan Şossesi, Ticarət Cərgəsində yerləşən Asif Eyvazova məxsus "Xudafərin" mağazasında;
İmişli rayonunda
- Aranlı kəndində yerləşən Zahid Alkişiyevə məxsus mağazada;
Kürdəmir rayonunda
- R.Axundov küçəsində yerləşən Mərdan Məmmədova məxsus mağazada;
- Vaqif küçəsində yerləşən Ramil Zeynalova məxsus mağazada;
Şəmkir şəhərində
- Ş.Qurbanov küçəsində yerləşən Asəf Əliyevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıbr.
Ümumilikdə, monitorinqlər zamanı 460 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB