Fevralın 25-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,02 dollar və ya 0,02% azalaraq 1 barelə görə 93,11 dollar olub. SİA-nın məlumatına görə, fevralın 25-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,34 dollar və ya 0,3% artaraq 114,44 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB