Göygöyldə elektrik enerjisinə qanunsuz müdaxilələrin aradan qaldırılması istiqamətində reydlərə başlanılıb. Göygöl rayonunun Yeni Qızılca kəndndə təşkil olunan yoxlamalarda ciddi qanun pozuntuları aşkarlanıb.
Mütəxəssislərin araşdırmaları zamanı məlum olub ki, abonentlərin əksəriyyəti elektrik xəttlərinə qeyri-qanuni müdaxilə edirlər. Bundan əlavə israf edələn enerjinin ödənişi vaxtında ödənilmir ki, bu da müəyyən problemlərə yol açır. Ümumlikdə təşkil olunan reyd zamanı təxminən 100-ə yaxın abonentə akt tərtib edilib və son dəfə xəbərdarlıq olunub. Göygöl rayon Elektrik Şəbəkəsinin şöbə rəisi Kərim Paşayev SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, təkcə yanvar ayında 49 belə abonentə akt yazılıb.
İlham Məmmədov




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB