Ötən il istehsalatın dövlət və özəl sektorlarına 8341 nəzarət halı olub. SİA-nın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məhərrəm Məhərov belə deyib.
O bildirib ki, bunlardan 1164-ü dövlət, 7147-si isə özəl nəzarət olub. Ümumilikdə isə nəzarət zamanı 18 min hüquq pozuntusuna rast gəlinib ki, bu barədə də tədbirlər həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB