29 min 255 nəfərə iş verildi

Ötən il Azərbaycanda 29 min 255 nəfər münasib iş yerləri ilə təmin olunub. SİA-nın xəbərinə görə, dövlət məşğulluq xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov belə deyib.

O bildirib ki, Dövlət Məşğulluq Xidməti orqanlarına ümumilikdə ötən il 49750 nəfər iş axtaran vətəndaş müraciət edib: "Bu vətəndaşlardan işlə təmin olunanlardan başqa 4464 nəfər peşə hazırlığı kurslarına, 1483 nəfər ictimai işlərə yönəldilib, 3886 nəfərə işsizlik statusu verilərək, onlara müavinət ayrılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə