Fortune (CNN Money) 2013-cü ilin 100 ən yaxşı işə götürən şirkətlərinin reytinq nəticələrini açıqladı. Birinci yeri "Google" axtarış sistemi tutmuşdur, proqram təminatı nəhəngi "Microsoft" isə 75-ci yerdə qərarlaşıb. "Apple" və "Facebook" a gəldikdə isə onlardan heç biri reytinqə daxil ola bilməyib.
SİA texnologiya dünyasının şirkətlərinin qərarlaşdığı mövqelərin siyahısını diqqətinizə çatdırır:
1.
2. SAS
11. Qualcomm
19. Salesforce.com
22. Intuit
34. Rackspace Hosting
42. Cisco
63. Hitachi
68. Intel
75. Microsoft
Axtarış sistemi nəhənginin əməkdaşları üçün 3 sağlamlıq mərkəzi, 28 min kv.m sahəsi olan idman kompleksi, böyük pullar buraxılmış xidmətlər, istirahət və məzuniyyət yerləri fəaliyyət göstərir. Bundan əlavə belə bir informasiya yayılmışdı ki, axtarış sistemi Böyük Britaniyadakı yeni baş qərargahı üçün 1 milyard dollardan çox pul xərcləmək niyyətindədir.
Xatırladaq ki, verilmiş nəşriyyatın keçən ilki reytinqində də birinci yeri "Google" tutmuşdu. Həmin vaxtlar "Google" şirkətinə əməkdaşları cəlb edən əsas amillər – şirkətin missiyası, korporativ mədəniyyət və komfortlu iş şəraiti idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB