İlham Əliyev TANAP layihəsi ilə bağlı sazişi təsdiq edib

İlham Əliyev TANAP layihəsi ilə bağlı sazişi təsdiq edib

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair" sazişi təsdiq edib. Saziş 2012-ci il iyunun 26-da İstanbul şəhərində imzalanıb.

Dövlət başçısı, həmçinin 2012-ci il sentyabrın 11-də Qəbələ şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi haqqında" sazişi təsdiq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə