Azərbaycana GMO bitki gətirənlər cərimələnə bilər

Azərbaycana GMO bitki gətirənlər cərimələnə bilər

Milli Məclisin Aqrar Siyasət Komitəsinin iclasında "inzibati xətalar məcəlləsinə dəyişikliklər" layihəsi müzakirə olunub. Dəyişikliyə əsasən elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri istisna olmaqla, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının Azərbaycana gətirilməsinə və dövlət reyestrinə daxil edilməsinə görə, fiziki şəxslərin 3000, vəzifəli şəxslərin 10 000, hüququ şəxslərin isə 50 000 manat cərimə olunması təklif edilir.

Əksəriyyətimizin bazarlardan görünüşünə aldanıb bəh-bəhlə aldığımız meyvə-tərəvəzin məhz geni dəyişdirilmiş olmasından xəbərsizik. Bilməyənlər üçün də deyim ki, gec xarab olan daha təravətli görünən bu meyvələr əslində elə geni dəyişdirilmiş məhsulun özüdür. Biotexnikanın gen mühəndisliyi deyilən bir sahəsi var ki, bu da hər hansı orqanizmdə ona yad olan orqanizmlərdən genlərin köçürülməsi ilə bağlıdır.

Nəticədə alınan hibrid orqanizmlər də geni modifikasiya olunmuş adı altında elmə məlumdur. İlk dəfə Pol Dev 1972-ci ildə bir mikroorqanizmə 3 müxtəlif mənbədən genlər köçürərək yeni kombinat mirkoorqanizm əldə edib. Ancaq onun özü etiraf edib ki, belə orqanizmlər yoxlanılmadan, nəzarət altından çıxıb ətraf mühitə buraxılsa, onun yaratdığı təhlükələrin qarşısı alınmaz olar. Kənd Təsərrüfati Nazirliyinin Əkinçilik İnstitutunun baş elmi işçisi, Gen Mühəndisliyi ilə Bağlı Maarifləndirmə İctimai Birliyinin sədri Elxan Əliyevin sözlərinə görə, 1994-cü ildə immunoloq Alman Puşday siçovullar üzərində təcrübə aparıb. Onları bir neçə ay geni modifikasiya olunmuş mikroorqanizmlərlə qidalandırıb və nəticədə siçovullarda ürək nahiyəsində elə bir şiş yaranıb ki, bədənin 25% tutub. Dişi siçovullarda isə mədəçilər böyrəkdə fəsadlar yaradıb. İndi də Fransa da bununla bağlı tədqiqatlar aparılır.

Hazırda Danimarka, İsveç, İsveçrə geni modifiakasiya olunmuş ərzaqlardan imtina edib. Bolqarıstanda bu cür ərzaqlara qarşı mübarizə metodları aparılır. Qonşu Türkiyədə "Bio-təhlükəsizlik haqqında" qanun qəbul edilib ki, bu qanunla həmin məhsulların ölkəyə idxalı qadağandır. Əslində Azərbaycanda da "Toxumçuluq haqqında" qanunun 27-ci maddəsində xüsusi qeyd edilib ki, Azərbaycana GMO mənşəli toxumların gətirilməsi, idxalı qadağandır. Ancaq müstəsna hallarda - sərgilərdə göstərmək, təcrübələr qoymaq məqsədi ilə gətirmək olar.

Ümumiyyətlə, beynəlxalq səviyyədə qanun belədir ki, insan digər ölkələrin məhsullarından deyil, yaşadığı ərazinin bitkilərindən, meyvə-tərəvəzindən istifadə etməlidir. anspress

Bütün xəbərlər Facebook səhifəmizdə