İran qırıcı helikopterini təqdim edib. SİA-nın məlumatına görə, "Toufan 2" milli qırıcı helikopterin təqdimatında İranın müdafiə naziri, general Əhməd Vahidi də iştirak edib. O bəyan edib ki, milli mexanizmli helikopter yeni nəsil uçan aparatlar əsasında hazırlanıb. Qurğunun hazırlanmasında öndə gedən texnologiya tətbiq olunub.
Ə.Vahidi deyib ki, "Toufan 2" və bu tipli helikopterlərin İran silahlı qüvvələrinə daxil edilməsi onların qüdrətini daha da artırır. Bununla belə nazir yeni silahlar haqda ətraflı məlumat verməyib.
"Toufan 2"nin şəkilinə baxarkən onun Amerikanın "AH-1J SeaCobra" qırıcısına oxşadığı aydın görünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB