Ötən ilin müvafiq dövrü ilə müqayisədə suyun səviyyəsi aşağı olub

Ötən ilin müvafiq dövrü ilə müqayisədə suyun səviyyəsi aşağı olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən çaylarda sululuqla bağlı aparılan araşdırmanın nəticələri açıqlanıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-200, Kiçik Qafqazın çaylarında 70-130, Lənkəran-Astara bölgəsi çaylarında 40-160, Naxçıvan Muxtar Respublikası çaylarında isə 50 faizini təşkil edib.

Dekabrın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4, Qanıx çayının Əyriçay məntəqəsində isə 2 santimetr azalma qeydə alınıb.

Kür çayının aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsində 5, Şirvanda 1, Bankədə 4, Salyanda 3, Araz çayının Novruzlu məntəqəsində isə 19 santimetr artım müşahidə olunub. Bütün məntəqələrdə suyun səviyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağı olduğu müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə