Lənkəranda bayram satış yarmarkası təşkil olunmuşdur

Lənkəranda bayram satış yarmarkası təşkil olunmuşdur

Bu gün Lənkəran şəhərindəki dəmiryol vağzalı meydanında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar satış yarmarkası təşkil olunub.

Xəbər verilir ki, yarmarkaya Bakı şəhərinin və respublikanın şəhər və rayonlarının 24, o cümlədən Lənkəran rayonunda fəaliyyət göstərən 18 istehsal müəssisəsi və satış şirkəti tərəfindən müxtəlif çeşiddə yeyinti və ərzaq məhsulları çıxarılıb.

325 ton müxtəlif adda kənd təsərrüfatı, ərzaq və yeyinti məhsulları rayon sakinlərinə təklif edilib. Məhsullar bazar qiymətindən 20-30 faiz aşağı satılır.

Bütün xəbərlər Facebook səhifəmizdə