Ermənilər yüksək dəqiqliyə malik silahlar alacaq

Ermənilər yüksək dəqiqliyə malik silahlar alacaq

"Ermənistan 2013-cü ildə də yüksək dəqiqlik və böyük uçuş mənzilinə malik silah komplekslərin almağa davam edəcək. Bu il ərzində Ermənistan rəqibin aktiv tank müdafiəsini yarmağa qadir yeni raket əleyhinə komplekslər alıb. Bəzi şeylər barədə biz dərhal məlumat vermirik. Lakin tədricən bu barədə məlumatı təqdim edəcəyik". SİA-nın "1in.am" saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovanisyan keçirdiyi mətbuat konfransında deyib.

Qeyd edək ki, keçən ilin sentyabrın 21-də Ermənistan müstəqillik gününə həsr olunmuş hərbi paradda Rusiya istehsalı olan 9K72 "Elbrus" əməliyyat-taktiki raket kompleksləri və bir sıra raketlər nümayiş olunub. Bu ilin oktyabrında isə ermənilər Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionda uçuş mənzili 300 kilometr təşkil edən raket zərbələri üzrə təlimlər keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə