Lənkəranın daha iki kəndinə təbii qazın verilib

Lənkəranın daha iki kəndinə təbii qazın verilib

Bu gün Lənkəranın daha iki yaşayış məntəqəsinə 21 illik fasilədən sonra təbii qazın verilişi bərpa olunub. SİA-nın Cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən tədbirlərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun müvafiq idarə və təşkilat rəhbərləri, yerli sakinlər iştirak ediblər.

Açılışlarda çıxış edən icra başçısı Taleh Qaraşov ölkə başçısının ad günündə, həmçinin Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ərəfəsində rayonun Bala Şürük və Tütəpeştə kəndlərinə təbii qazın verilməsini ölkə vətəndaşlarına dövlətin layiqli töhfəsi kimi qiymətləndirib. Bildirib ki, son illər Lənkəran rayonunun qaz təminatının yaxşılaşdırılması, təbii qaz almayan yaşayış məntəqələrinin qazlaşdırılması, qaz şəbəkəsinin inkişafı istiqamətində ARDNŞ-nin ''Azəriqaz'' İstehsalat Birliyi tərəfindən böyük işlər görülür. Qaz təchizatı sistemində mövcud olan problemlər aradan qaldırılır.

Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki,187 abonenti olan Bala Şürük kəndinin qazalaşdırılması üçün 8000 metr, 300 abonenti olan Tütəpeştə kəndinin qazlaşdırılması üçün isə 10.000 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Mənzillər sayğacla təchiz olunmaqla bütün həyətlərdə fərdi tənzimləyicilər quraşdırılıb.

Hazırda Lənkəranın daha 30 - dan yuxarı qəsəbə və kəndində qazlaşdırma işləri davam etdirilir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə