Bu gün Lənkəran rayonunun 4 kənd ərazi vahidliyinə daxil olan 7 kənddə - Şürük, Türkəkəran, Moğnojba, Səpnəkəran, Bürcəli, Xanbulan, Daşdalığjar kəndlərində təbii qazın verilişi bərpa edilib. SİA-nın Cənub bürosunun məlumatına görə, açılış mərasimində "Azəriqaz"ın əsaslı təmir tikinti işləri üzrə müavini Qağaməli Sefullayev,Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və kənd sakinləri iştirak edib.
Bu münasibətlə keçirilmiş tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək kənd sakinlərini ocaqlarına hərarət gətirən mavi alovun şölələnməsi münasibətilə təbrik edib. Bildirib ki, bu sevinci sizlərə bəxş etdiyi üçün bütün sakinlər adından möhtərəm prezidentimizə dərin minnətdarlığımı bildirirəm.
İcra başçısı daha sonra rayonun daha 30-a yaxın yaşayış məntəqəsində təbii qazın verilişi üçün işlərin sürətlə getdiyini diqqətə çatdırıb, Prezidentin Lənkəranla bağlı imzaladığı dörd sərəncamın əhəmiyyətindən bəhs edən T.Qaraşov bütün bunların ölkə başçısının Lənkərana və lənkəranlılara göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib. Başçı həmçinin 2014-cü ilini sonunadək şəhərimizin və şəhərətrafı 7 kəndin içməli su probleminin də öz həllini tapacağını əlavə edib.
Açılışlarda qeyd olunub ki, birpilləli sistem əsasında 340 abonenti olan Səpnəkəran kəndinin qazlaşdırılması üçün 15080 metr, 360 abonenti olan Şürük kəndinin qazlaşdırılması üçün 11265 metr, 350 abonenti olan Türkəkəran kəndinin qazlaşdırılması üçün 11267 metr, 250 abonenti olan Daşdalıqcar kəndinin qazlaşdırılması üçün 10125 metr və 160 abonenti olan Moğonojoba kəndinin qazlaşdırılması üçün 3967 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, bütün mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Sonra yerli sakinlər çıxış edərək əhali adından ölkə başçısına, ŞİH-nin başçısı Taleh Qaraşova və təbii qazın çəkilişində zəhməti olan bütün şəxslərə minnətdarlıqlarını bildirblər.
Taleh Qaraşov hər dörd yaşayış məntəqəsində bir daha bu günkü əlamətdar hadisə münasibəti ilə əhalini təbrik edib və rəmzi məşəli alovlandırıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə