Dekabrın 20-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,15 dollar və ya 0,2% artaraq 1 barelə görə 90,13 dollar olub.
SİA-nın xəbərinə görə, dekabrın 20-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,16 dollar və ya 0,1% azalaraq 110,20 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB