Bakı Ali Neft Məktəbi "Statoli-Azərbaycan"la əməkdaşlıq edəcək
Bu gün Bakı Ali Neft Məktəbi (BANM) ilə "Statoli-Azərbaycan" şirkəti arasında "Əməkdaşlıq Protokolu" imzalanıb. SİA-nın verdiyi xəbərə görə, əməkdaşlıq haqqında protokolu BANM-ın rektoru Elmar Qasımov və "Statoli-Azərbaycan" şirkətinin prezidenti Lars Troen Sorensen imzalayıb.
İmzalanma mərasimində həmçinin Norveç krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erling Şonsberq və digər qonaqlar iştirak edib. "Əməkdaşlıq protokolunda nəzərdə tutulur: "Statoil-Azərbaycan" şirkətinin dəstəyi ilə BANM və Norveçin elm və təhsil məssisələri arasında əməkdaşlığın qurluması, BANM-nin əməkdaşlarının Norveş Krallığına, Norveç ali təhsil məssisələrinin mütəxəsislərinin BANM-ə səfərlərinin təşkil edilməsi, "Statoil-Azərbaycan" şirkətinin yüksək təcrübəyə malik əməkdaşlarının BANM-nin tələbələri qarşısında mühazirələr oxunması, müxtəlif istiqamətlərdə treyninqlərin keçirilməsi, kadr potensialının inkişaf etdirilməsi məqsədi ilə Norveçin müxtəlif universitetlərində doktorantura təhsilinin təşkil olunması məsələlərinə dəstək verilməsi öz əksini tapıb".
Tədbirdə iştirak edən Norveç krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erling Şonsberq bildirib ki, dinamik inkişaf edən Azərbaycanda dünya standartlarına cavab verən belə bir ali təhsil məssisələrinin yaradılması və qısa vaxt ərzində yüksək nailiyyətlər əldə etməsini alqışlayıram. Səfirlik olaraq Azərbaycan-Norveç münasibətlərinin inkişaf etdirilməsi üçün hər cür dəstəyi verməyə hazırıq.
"Statoli-Azərbaycan" şirkətinin prezidenti Lars Troen Sorensen isə deyib ki, şirkətin Azərbaycandakı fəaliyyətinin 20 illiyi münasibəti ilə bir sıra tədbirlər həyata keçirilib. Bu tədbirlər Azərbaycanın bir sıra universitetləri ilə əməkdaşlıq əsasında azərbaycanlı tələbələrin təhsilinə həsr olunub. "Statoil-Azərbaycan" şirkəti Azərbaycanın neft-qaz sənayesinin inkişafına öz töhfəsini verəcək və bu sahədə Azərbaycanın insan resurslarını gücləndirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB