Reynhard Mitçek: “Nabukko” layihəsinin etibarlılığına şübhə etmək üçün heç bir əsas yoxdur"
Biz təəssüflənirik ki, RWE şirkəti "Nabucco" layihəsindən çıxmağı qərara alıb. Buna baxmayaraq, layihə davamlıdır və bizim planlarımıza uyğun surətdə həyata keçiriləcək. Bu fikri "Nabucco Gas Pipeline International GmbH" layihəsinin idarəçi direktoru Reynhard Mitçek söyləyib.
Onun sözlərinə görə, "Nabucco" kəmərinin buraxıcılıq qabiliyyəti ildə 23 milyard kubmetr olmalıdır. Azərbaycanda qaz hasilatının həcmi 2015-ci ildə 20 milyard kubmetr olacaq, 2025-ci ilə qədər isə bu göstərici 40-50 milyard kubmetrə çatacaqdır. Mitçek deyib: "Biz əminik ki, bu həcm Avropanın qaza tələbatını təmin etmək üçün tamamilə kifayətdir".
O, daha sonra deyib: "Layihənin etibarlılığına şübhə etmək üçün heç bir əsas yoxdur. Hər bir layihədə olduğu kimi burada da müəyyən risklər qalır, lakin biz risklərin idarə olunması metodlarını müəyyənləşdirmişik, potensial təhlükələr məlumdur və onları aradan qaldırmaq üçün iş aparırıq. Mən əsla şübhə etmirəm ki, "Şahdəniz" konsorsiumu 2013-cü ilin iyun ayında "Nabukko" layihəsinin xeyrinə qərar qəbul edəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB