Qara qızıl yenidən bahalaşıb. SİA-nın verdiyi xəbərə görə, dekabrın 11-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 0,23 dollar və ya 0,3% artaraq 1 barelə görə 85,79 dollar təşkil edib.
Dekabrın 11-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,68 dollar və ya 0,6% artaraq 108,01 dollar olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB