Gəncədə Qafqazda analoqu olmayan ət kəsimi sexi tikilir

Gəncədə Qafqazda analoqu olmayan ət kəsimi sexi tikilir

Gəncə və ətraf bölgələrdə ət kəsimi və heyvan satışı kortəbii şəkildə həyata keçirilməyəcək. SİA-nın bölgə müxbirinin məlumatına görə, ət satışına nəzarəti gücləndirmək məqsədi ilə dövlət tərəfindən ölkənin ikinci böyük şəhərində ət kəsimi sexi tikilir. Şəhər İcra Hakimiyyəti Apaparatının və İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihədə məqsəd əhaliyə satılan ət məhasullarına daha ciddi nəzarət etməkdir. Sözügedən bizneslə məşğul olan şəxslər qeyd olunan kəsim sexində daha sərfəli qiymətə heyvanlarını kəsdirə, sonra isə işlədiyi ərazidə sata bilər.

Almaniyalı və türkiyəli mütəxəssislərin layihəsi əsasında inşa edilən mərkəzləşdirilən kəsim sexində gün ərzində 150 baş iri, 400 baş isə xırda buynuzlu heyvanın kəsimi və ət istehslını həyata keçirmək mümkün olacaq. Ərazidə ətin keyfiyyətini yoxlamaq üçün labaratoryalar da fəaliyyət göstərəcək. Ümumilikdə isə kəsim sexi üçün 6 ha ərazi ayrılıb. Bundan əlavə Gəncədə dönər məhsulları da mərkəzləşdirilən qayda da paylanacaq.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə