Ucuzlaşma davam edib

Noyabrın 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,19 dollar və ya 0,2% azalaraq 1 barelə görə 85,38 dollar olub.

SİA-nın xəbərinə görə, noyabrın 13-də ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,81 dollar və ya 0,7% azalaraq 108,26 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə