Qeyri-dövlət mülkiyyətli obyektlərin həcmi 28,3 dəfə artıb

Qeyri-dövlət mülkiyyətli obyektlərin həcmi 28,3 dəfə artıb

Son 12 il ərzində Azərbaycanda əsas fondların istifadəyə verilməsi faktiki qiymətlərlə 55 254 254,4 min manat təşkil edib. SİA-nın Dövlət Statistika Komitəsinin dərc etdiyi "Azərbaycanda tikinti - 2012" hesabatına istinadən verdiyi məlumata görə, ötən il ərzində ölkədə əsas fondların istifadəyə verilməsi 10 624 111,8 min manat təşkil edib ki, bu göstərici 2000-ci ilə nisbətən 16 dəfə artıb.

Əsas fondların istifadəyə verilməsində dövlət mülkiyyətində olan obyektlərin həcmi 18 348 965,0 min manat, qeyri-dövlət mülkiyyətində olan obyektlərin həcmi isə 36 905 289,4 min manat təşkil edib. Son 12 il ərzində dövlət mülkiyyətli obyektlərin həcmi 8,7 dəfə, qeyri-dövlət mülkiyyətli obyektlərin həcmi isə 28,3 dəfə artıb.

Əgər 2000-ci ildə istifadəyə verilmiş dövlət obyektlərinin ümumi həcmdə xüsusi çəkisi 63,3%, qeyri-dövlət mülkiyyətli obyektlərin xüsusi çəkisi isə 36,7% təşkil edirdisə, 2011-ci ildə bu göstəricilər müvafiq olaraq 34,8% və 65,2% təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə