MDB Dövlət Başçıları Şurasının iclası təxirə salınıb və artıq yeni tarix müəyyənləşdirilir. SİA-nın məlumatına görə, bu barədə MDB-nin Minskdəki İcraiyyə Komitəsinin nümayəndəsi deyib.
Sammitin noyabrın əvvəlində Aşqabadda keçirilməsi planlaşdırılmışdı."Hazırda sammitin keçirilmə tarixi MDB ölkələri prezidentləri ilə dəqiqləşdirilir, razılaşdırılır", – agentliyin həmsöhbəti qeyd edib.
İcariyyə Komitəsi iclasın təxirə salınması səbəblərini açıqlamayıb. MDB-nin Aşqabaddakı növbəti iclasında iqtisadi və humanitar sahələrdə və təhlükəsizliyin təmin edilməsində regional əməkdaşlığın dərinləşdirilməsinə istiqamətlənmiş təqribən 20 layihənin nəzərdən keçirilməsi planlaşdırılırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB